Rövnəq Abdullayev TFF prezidenti ilə görüşdü

rovneq-abdullayev-tff-prezidenti-ile-gorusdu
Oxunma sayı: 885

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir arasında görüş keçirilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Görüşdə AFFA və TFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb. Abdullayev AÇ-2020 çərçivəsində keçirəcəyi oyunlarda Türkiyə milli komandasına uğurlar arzulayıb. Özdəmir xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.
 
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, TFF-nin baş katibi Kadir Kardaş və digər rəsmi şəxslər iştirak edib.