Rövnəq Abdullayev yeganə namizəddir

rovneq-abdullayev-yegane-namizeddir
Oxunma sayı: 1449

AFFA prezidentliyinə namizədliyin verilməsi üçün ayrılmış vaxt başa çatıb. “Qafqazinfo” xəbər verir ki, hazırda bu posta yalnız bir namizəd var. 

AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun “Qafqazinfo”ya verdiyi məlumata görə, yalnız Rövnəq Abdullayev namizədliyini irəli sürüb.

Bu isə o deməkdir ki, Rövnəq Abdullayev üçüncü dəfə AFFA prezidenti olacaq.