Rövnəq Abdullayevdən "Qarabağ" və "Qəbələ"yə təbrik -

rovneq-abdullayevden-quotqarabagquot-ve-quotqebelequotye-tebrik-
Oxunma sayı: 727


“Qafqazinfo” xəbər verir ki, AFFA prezidenti klublarımızı təbrik edib: “UEFA Avropa Liqasında çıxış edən hər iki təmsilçimizin - “Qarabağ” və “Qəbələ” klublarının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixində yeni və ümid edirəm ki, davamlı və uğurlu olacaq bir mərhələnin başlanğıcını qoydu. İlk dəfədir ki, bir mövsümdə iki klubumuz qitənin ən nüfuzlu turnirlərindən birinin qrup mərhələsinə yüksəlir. Ölkəmizin futbol ictimaiyyətinə, azarkeşlərə böyük sevinc hissi yaşadan “Qarabağ” və “Qəbələ” klublarını təbrik edir, qarşıdakı oyunlarda qələbə sevinci və qrup mərhələsinin püşkatmasında münasib rəqiblər arzu edirəm”.

“Qafqazinfo”