Rövnəq Abdullayevin dayısı oğlu maşın biznesinə girdi

rovneq-abdullayevin-dayisi-oglu-masin-biznesine-girdi-
Oxunma sayı: 9544


ARDNŞ ( SOCAR) Fransada   Almaniyanın məşhur   "Volkswagen"  avtomobil  şirkətinə məxsus  7 satış mərkəzini alıb. 

“Qafqazinfo” xəbər verir ki, Avropa.info-nun  SOCAR-dakı mənbədən aldığı məlumata görə, alınan satış mərkəzləri  ARDNŞ-in  əsas tərəfdaşı olan Socar Trading SA şirkətinin adına sənədləşdirilib. Qeyd edək ki, adı çəkilən şirkətin rəhbəri  ARDNŞ prezidenti Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevdir. Bu həmin Anar Əliyevdir ki, “Global Witness” təşkilatının bir müddət öncə, SOCAR-la bağlı açıqladığı  sensasion  hesabatda adı qırmızı hərflərlə keçirdi. 

Mənbə qeyd edir ki, Fransada "Volkswagen"in cəmi 7 böyük satış mərkəzi olub ki, bunlar da SOCAR tərəfindən alınıb. İndiyədək SOCAR-ın  xaricə çoxlu sayda investisiya yatırdığını bildirən mənbənin sözlərinə görə, bunların bəzisi  rəsmi sənədlərdə əksini taparaq, hətta mətbuatda da yayılıb. Lakin alınan satış mərkəzləri  mətbuatdan gizlədilib.

Maraqlı burasındadır ki, “Global Witness” təşkilatının açıqladığı qalmaqallı hesabata  baxmayaraq  ARDNŞ-in  əsas  layihələrində  yenə də, Rövnəq Abdullayevin qohumu, Socar Trading SA şirkətinin rəhbəri  Anar Əliyev  yer alır. Qeyd edək ki, bir neçə gün öncə, mətbuatda  Rövnəq Abdullayevin  geniş maliyyə resurslarına  sahib olacaq media holdinq açacağı və  bu işə Anar Əliyevin rəhbərlik edəcəyi  haqda məlumatlar yayılıb.