Komandamız rəqiblə oyunu 0:0 hesabı ilə başa vurmağı bacararaq oyundan 1 xalla ayrılıb. Matçdan sonra AFFA prezidenti Rövnәq Abdullayev jurnalistlərin suallarını cavablandırıb. O, millinin oyununu yüksək qiymətləndirib:
“Komandamız yaxşı oynadı. Onları tәbrik edirәm. Avropanın 5-6 әn yaxşı komandasından birinә qarşı belә oynamaq yaxşı haldır. Xorvatlar bura çox arxayın gәlmişdilәr. Amma biz onlara layiqli müqavimәt göstәrdik. Demәk olar ki, “6:0”ın әvәzini çıxdıq”.
Abdullayev “Cüdo Federasiyasının prezidenti olacağınızla bağlı gәzәn xәbәrlәr nә dәrәcәdә doğrudur?” sualına belә cavab verib:
“Baxarıq, görәrik necә olacaq...”
Xatırladaq ki, son günlər mediada Azərbaycan Cüdo Federasiyandan şikayətlər yer almaqdadır. İdmançılar cüdo idman növündəki uğursuzluqları məhz hazırki federasiya prezidenti Füzuli Ələkbərovun işindəki nöqsanlarda görürlər.
Son xəbərlər
Son Xəbərlər