Rövnәq Abdullayev yenə AFFA prezidenti seçildi - Yenilənib

rovnq-abdullayev-yene-affa-prezidenti-secildi
Oxunma sayı: 1728

Rövnәq Abdullayev yenidәn AFFA prezidenti seçilib. "Qafqazinfo" xәbәr verir ki, o, növbәti 4 ildә dә federasiyaya rәhbәrlik edәcәk.

Abdullayev bununla bağlı fikirlәrini bildirib: "Mәni seçәn hәr kәsә tәşәkkür edirәm. Ümid edirәm ki, etimadı doğruldacam. Növbәti illәrdә dә futbolumuzun inkişafı üçün çalışacağıq. Hәr birinizә minnәtdaram".

***

AFFA İcraiyyә Komitәsinin yeni heyәti müәyyәnlәşib. "Qafqazinfo"nun məlumatına görə, 10 nәfәrlik heyәt aşağıdakı kimidir:

Rauf Әliyev - AZAL futbol klubu tәrәfindәn

Qurban Qurbanov - "Qarabağ" futbol klubu tәrәfindәn

Elşad Nәsirov - "Neftçi" futbol klubu tәrәfindәn

Vaqif Sadıqov - "Sumqayıt" futbol klubu tәrәfindәn

Kazbek Tuayev - Regional Futbol Federasiyaları tәrәfindәn

İsgәndәr Cavadov - Regionel Futbol Federasiyaları İctimai Birliyi tәrәfindәn

Mahir Mәmmәdov - Sahә Futbol Federasiyaları tәrәfindәn

Mirkamil Rәhimov - Uşaq-Gәnclәr Futbol Federasiyaları tәrәfindәn

Elmar Mәmmәdyarov - Ümumazәrbaycanlı Futbolsevәrlәrin İctimai Birliyi tәrәfindәn

Firudin Qurbanov - Futbol Hakimliyi İctimai Birliyi tәrәfindәn