Rövşanə ANS-dəki davadan danışdı

rovsane-ans-deki-davadan-danisdi
Oxunma sayı: 3862


“Qafqazinfo” ANS PRESS-ə istinadən xəbər verir ki, Rövşanə Bektaşi aktyorun bütün ittihamlarını əsassız adlandırıb: "Verilişdə Əli Nuru təhqir edəcək bir fikir səslənməyib. Ramiz Novruz teatrda baş verənlərin mediaya sızmasını pislədikdə, mən Əli Nurun müsahibəsini xatırlatdım. Sadəcə bu qədər. O aktyor verilişdən sonra telekanala hücum edib, səs-küy saldı. Ramiz Novruzu da, məni də söyüşlərlə təhqir etdi. Mən xanımlığıma yaraşdırmayıb oradan uzaqlaşdım. Amma Ramiz Novruzla dava etdilər. Bunun səbəbkarı da Əli Nurun özüdür. Onun hərəkətləri və söyüşləri müşahidə kameralarına düşüb, operatorlarımız da çəkib. Lazım gəlsə biz onu məhkəməyə verə bilərik."