Rövşən Rzayev videozənglə vətəndaşlara zəng etdi, 5 saat danışdı

rovsen-rzayev-videozengle-vetendaslara-zeng-etdi-5-saat-danisdi
Oxunma sayı: 2460

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların fərdi qaydada qəbulu koronavirusla mübarizə çərçivəsində aparılan tədbirlərlə bağlı müvəqqəti olaraq dayandırıldığından onlayn videoqəbula başlanılıb. 

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, komitə sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla videozəng vasitəsilə əlaqə saxlayıb. 

Komitə sədrinin videoqəbulu 5 saatdan çox davam edib və 40-dan çox vətəndaşın müraciəti dinlənilib. 

Onlayn rejimdə qəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılacaq.