Rövşən Sadıxov Bərdədə Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

rovsen-sadixov-berdede-sehidler-xiyabanini-ziyaret-etdi
Oxunma sayı: 1796

93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizəd Rövşən Sadıxov rayonda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib. Abidənin önünə gül dəstələri qoyulub, qəhrəman oğul və qızlarımızın xatirəsi yad olunub.

"Qafqazinfo"nun məlumatına görə, R.Sadıxov, eyni zamanda Şəhidlər xiyabanında Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin məzarlarını ziyarət edib. Burada qəhrəman vətən övladlarımızın xatirəsi hörmət və ehtiramla yad olunub, onların məzarlarına tər güllər düzülüb, şəhidlərin müqəddəs ruhuna dualar oxunub.  

Bildirilib ki, sovet imperiyası rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyətləri baş tutmayıb. Bu müqəddəs yolda şəhidlər verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşub. Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanları, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Vurğulanıb ki, Vətənin dar günündə bərdəlilər də həmişə ön cərgələrdə olublar, doğma Azərbaycanımız uğrunda şəhidlər veriblər. Bu hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti davam etdirilir, bu kateqoriyadan olan şəxslərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir.