Rövşən Sadıxov seçiciləri ilə görüşdü - Fotolar

rovsen-sadixov-secicileri-ile-gorusdu
Oxunma sayı: 2902

93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizəd Rövşən Sadıxovun seçicilərlə görüşləri davam edir.

"Qafqazinfo" xəbər verir ki, namizədin seçki qərargahına baş çəkən bir qrup Bərdə rayon ağsaqqalları ilə söhbət zamanı Azərbaycanda yaşlı insanların problemlərinə daim həssas münasibətin mövcud olduğu vurğulanıb. Bildirilib ki, pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi dövlətin diqqət mərkəzindədir, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Səmimi şəraitdə baş tutan görüşdə R.Sadıxov rayon ağsaqqalları tərəfindən qaldırılan məsələlərə münasibət bildirib, millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər haqqında məlumat verib.

Deputatlığa namizəd, eyni zamanda dairəyə daxil olan bəzi ərazilərə baş çəkib, vətəndaşlarla söhbətləşib. Özünün platforması barədə məlumat verən namizəd səslənən təklifləri dinləyib.

Günün sonunda R.Sadıxov seçki qərargahına gələn seçicilərlə fərdi təmaslarını davam etdirib, onları maraqlandıran sualları cavablandırıb.