Röya 4 mərtəbəli villa tikdirir - Lifti də var

roya-4-mertebeli-villa-tikdirir
Oxunma sayı: 3056

Əməkdar artist Röya Ayxan dördmərtəbəli villa tikdirir. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Zaurla Günaydın” proqramına qonaq olarkən deyib. 

Sənətçi villanın Nardaranda olduğunu söyləyib: “Evin pilləkənlərini çox dəyişmişəm. Dairəvi istəmirəm. Məktəbdə necədirsə, elə də olsun. Daha çox yer tutacaq, amma təhlükəsiz olacaq. Evə lift də qoydurmuşam ki, yuxarıdan aşağı dikdaban ayaqqabı ilə düşməyim”.