Röya ilə bağlı şok qalmaqal

roya-ile-bagli-sok-qalmaqal
Oxunma sayı: 1640

“Azadlıq” qəzeti “Azpoltika.info” saytına istinadən yazıb ki, Əqid Bayroyev oktyabrın 4-də Yevlax rayonunda bir məclis təşkil edib və Bakıdan bir neçə müğənnini də həmin məclisə aparıb.

Məlumatda bildirilir ki, müğənnilər arasında Röya və Elton da olub. “Azadlıq”ın bu mövzuda yazdığı məqalədə bildirilir ki, məclisdəki atmosferdən xoşlanmayan Elton oranı tərk etmək istəsə də müqavimətlə üzləşib. Onunla Əqid Bayroyev arasında mübahisə yaranıb. Elton üzləşdiyi vəziyyətlə bağlı hakimiyyətə yaxın olan Rusiyada yaşayan dostlarına məlumat verib. Onlar da Bakıya telefon açdıqdan dərhal sonra DIN-in xüsusi təyinatlıları Yevlaxa doğru istiqamət götürüblər.

Məlumata görə, xüsusi təyinatlılar Əqid Bayroyevi Röya ilə birlikdə saxlayaraq Bakıya gətiriblər. Polis idarələrindən birində hər ikisinin ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar, bir gün sonra isə Əqid Bayroyev tutduğu vəzifədən azad olunub.

Araşdırma zamanı Röyanın “halının yaxşı olmadığı” da üzə çıxıb. Bu hadisədən sonra müğənninin ailəsində ciddi problem yaranıb.

Bu mövzu ilə bağlı “Yeni Müsavat”a yeni məlumat daxil olub. Məlumatlı mənbənin dediyinə görə, əslində hadisə başqa cür olub. Röya ilə Eltonun arasında uzun müddət imiş ki, mahnı üstündə mübahisə yaşanıbmış. Elton bu günlərdə Röyanı mübahisə zəminində hədələyib. Bundan sonra hər iki müğənni arasında mübahisə daha da böyüyüb. Mənbə bildirir ki, Röya bununla bağlı uzun müddətdir dostluq etdiyi Əqid Bayroyevdən xahiş edib ki, Eltonu cəzalandırsın. Hərbi komissar da eləməyib tənbəllik, Eltonun üstünə silahlı adamlar göndərib. Həmin adamlar müğənnini şillələyəndən sonra onun başına silah dirəyiblər. Ona “bir də Röyaya gözün üstə qaşın var desən, səni öldürərik” tipində hədə-qorxu gəliblər.

Başına gələn bu hadisəni yaxın ətrafına danışandan sonra dostlarından kimsə Eltona başa salıb ki, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etsin. Elton da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ)rəisi Mirqafar Seyidovun adlına şikayət ərizəsi yazır. Mənbəmiz deyir ki, bundan sonra əməliyyat hazırlanır. “Bandotdel”in əməkdaşları Röyanı gözəllik salonunda makiyaj masasının arxasından götürərək idarəyə aparırlar. Bundan sonra Elton da BMCMİ-nə dəvət olunur. Müstəntiq müğənniləri üzləşdirib və Röya Eltonu Əqid Bayroyev vasitəsilə cəzalandırdığını rəsmən etiraf edir.

Mənbəmiz deyir ki, daha sonra vəziyyət Bəylər Əyyubova məruzə edilir. B.Əyyubov harın qohumlarının onsuz da onu cana-boğaza yığdığını əsas gətirərək tapşırıq verir ki, Əqid dərhal cəzalandırılsın. Bundan sonra onun da “Bandotdel”də ifadəsi alınır və işdən azad edilir.

Bu xəbəri redaksiyamıza çatdıran mənbə dedi ki, B.Əyyubov kimi qüdrətli bir adamın razılığı olmadan kimsə onun qohumuna qarşı əməliyyat keçirməz. Bu, həm də mövcud hakimiyyətin yazılmamış qanunlarına ziddir. Ki, prezidentin ən yaxın çevrəsindəki nüfuzlu və hüdudsuz səlahiyyətə malik bir generala xəbər verilmədən onun qohumu cəzalandırılsın.

Xatırladaq ki, bu günlərdə Röya telekanallara müsahibəsində artıq səhnədə olmaq istəmədiyini, Azərbaycandan gedəcəyini bildirib. Deyilənə görə onun bu sesnsasion bəyanatı bu hadisə ilə bağlıdır.

Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.