Röya ilə görüş 3 yox, 4 gün olacaq

roya-ile-gorus-3-yox-4-gun-olacaq
Oxunma sayı: 2261

Xalq artisti Röya Ayxan gələn ay verəcəyi konsert günlərinin sayını artırıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutacaq “Nazlı” adlı musiqili gecə 3 gün yox, 4 gün davam edəcək. Buna səbəb tədbirə marağın böyük olması və biletlərin uğurlu satışıdır.

Röya instaqram səhifəsində paylaşım edərək 6 mart tarixində konsertə girişin xanımlar üçün pulsuz olacağını, 7, 8, 9 mart tarixləri üçün biletlərin az sayda qaldığını qeyd edib.