“Artıq anonsları yayımlanan layihənin ilk buraxılışı fevralın 1-də, “Xəzər” televiziyasında yayımlanacaq. Artıq 4 veriliş çəkilən telelayihənin ilk iştirakçıları xalq artisti Aygün Kazımova, Keremcem olub. Digər buraxılışlarda Zamiq Hüseynov Yusif Güney, Linet, Samira və başqaları çəkilib.
Yerli sənətçilərimiz Murat Boz, Murat Dalkılıç, Gülşən, Simge Sağın, Soner Arıca, Didəm, Emre Kaya və digər sənətçilərlə bu layihədə iştirakı nəzərdə tutulub. Müqaviləyə əsasən çəkilişlər Türkiyədə həyata keçiriləcək”.
Jurnalistlərin “Röya və Rəqsanə İsmayılova da yeni layihə ilə çıxış edəcək. Bu rəqabət sizi qorxutmur?” sualına cavab verən teleaparıcı layihənin anonsları gedən ərəfədə qulağına xoşagəlməz fikirlərin çatdığını qeyd edib:
“Röyanın və Rəqsanənin hazırladığı layihələr barədə xəbərim var. Onlarla rəqabət aparmaqdan qorxmuram. Ən azından mən teleaparıcıyam, təcrübəm çoxdur. Biz artıq layihəmizi efirə verməyə hazırlaşırıq. Hər bir yaradıcı insana uğurlar arzu edirəm. Hərəmiz öz işimizi görək, kimin işinin daha uğurlu alındığını biz yox, tamaşaçı deyəcək”.
Qeyd edək ki, mətbuat konfransında Aygün Kazımovanın iştirakı gözlənilsə də, xalq artisti qızı İlqarənin klip çəkilişi ilə bağlı iştirak edə bilməyib.
Könül
Son xəbərlər
Son Xəbərlər