Qazaxıstanın Almatı şəhərində “Star of Asia Almaty” adlı Beynəlxalq Festival keçiriləcək.
“Qafqazinfo”ya daxil olan xəbərə görə, 19-20 avqust tarixlərində baş tutacaq festivalda 7-dən çox ölkənin məşhur ulduzları iştirak edəcəklər.
Koreya, Çin, Yaponiyadan olan sənətçilərlə yanaşı Azərbaycandan müğənni Röya Ayxan, Türkiyədən isə Murad Boz səhnə alacaqlar. Festival “Medeo” İdman Kompleksində açıq havada baş tutacaq.
Qeyd edək ki, festivalın Azərbaycandakı koordinatoru prodüser Tarix (Tolik) Əliyevdir.



Son xəbərlər
Son Xəbərlər