Röya-Natavan qalmaqalına Səidə də qoşuldu

roya-natavan-qalmaqalina-seide-de-qosuldu
Oxunma sayı: 4255

Xalq artisti Röya Ayxanla müğənni Natavan Həbibi arasında yaranan qalmaqala Səidə Sultan da qoşulub. “Qafqazinfo” xəbər verir ki, “W-Trio”nun keçmiş üzvü də Natavan kimi həmkarını imic yamsılamaqda ittiham edib.

Səidə qeyd edib ki, sözügedən obrazı o, 2019-cu ildə reallaşdırıb: “Röyanın İnstaqramda xəbər səhifələrindən sildirdiyi şəkili istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəkli mən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir”.

N. Həbibi isə Səidənin postuna “İdeya mənbəyidir ey... Gündə bir şey fikirləşir yazıq”, - deyə qeyd edib.