Röya qalmaqal yaşadığı bəstəkarın mahnısını oxudu

roya-qalmaqal-yasadigi-bestekarin-mahnisini-oxudu
Oxunma sayı: 2323

Əməkdar artist Röya Ayxan bir müddət əvvəl qalmaqal yaşadığı bəstəkar Muxtar Abseynovun müəllifi olduğu “Bağışlaram” mahnısını təqdim edib. 
“Qafqazinfo” xəbər verir ki, musiqi layihəsi ötən gün Röyanın rəsmi “Youtube” hesabında yerləşdirilib.  

Qeyd edək ki, bir müddət əvvəl müğənni Elnarə Xəlilova ilə M. Abseynov instaqramda Röyanın “Mənə sevgidən bəhs et” adlı mahnısının plagiat olduğunu yazmışdılar. Bu isə Röyanı özündən çıxarmış, o, hər iki şəxsə sosial şəbəkədə cavab yazmışdı. 

Pop ifaçısı Muxtardan oxuduğu “Bağışlaram” barədə belə rəy vermişdi: “Ay Muxtar, sən də bildin? Siz biləni uşaqlar dərib vurublar bazara. O da deyəsən heç keçə bilməyib. Çürüyü varmış. Qaldı gələn ilə”. 

Hətta Röyanın sözügedən bəstədən imtina etməsi barədə də xəbər yayılmışdı.