Röya Rafet El Romanla konsert verəcək

roya-rafet-el-romanla-konsert-verecek
Oxunma sayı: 640

Onlar ilk öncə Kiyevə səfər edəcəklər. Daha sonra yollarını Sankt-Peterburqdan salacaqlar. Röya orada təşkil ediləcək konsert proqramında iştirak edəcək. Bu barədə məlumatı Milli.Az xəbər portalına müğənninin prodüseri bildirib.

"Konsert Azərbaycan diasporunun təşəbbüsüdür. Röya ilə yanaşı, səhnəni Türkiyənin məşhur sənətçisi Rafet El Roman paylaşacaq. Konsert hazırlıqları başlayıb", - deyən Kənan qeyd etdi ki, musiqili tədbirin bilet satışı nəzərdə tutulmayıb.

O, diasporumuzun bu konserti Sankt-Peterburqda yaşayan azərbaycanlılar üçün təşkil etdiyini diqqətə çatdırdı.