Röya Türkiyədə 3-cü oldu - Tənqid olunmuşdu

roya-turkiyede-3-cu-oldu
Oxunma sayı: 3889

Müğənni-bəstəkar Yıldız Tilbenin 150 mahnısından ibarət “Yıldızlı şarkılar” albomu Türkiyənin musiqi gündəmini zəbt edib. “Qafqazinfo” xəbər verir ki, 39 sənətçinin ifa etdiyi mahnılar ətrafında da böyük müzakirələr yaranıb.  Kimisi ifaçıları bəyənmədiyini, kimisi isə layihənin uğurlu olduğunu bildirir. 

Əvvəlcə “Milliyet” qəzetinin köşə yazarı Rüya Salık albomda yer alan əməkdar artist Röya Ayxanın “Ummadığım anda” mahnısını yaxşı ifa etmədiyini, bəstəni korladığını qeyd edib. 

Lakin alboma daxil olan mahnıların radiolarda dinlənmə və televiziylarda baxış statistikası açıqlanıb. Röyanın ifa etdiyi “Ummadığım anda” bəstəsi 3-cü sırada öz yerini tutub. 

“Telifmetre”nin açıqladığı statistikaya görə,  Aleyna Tilki və Emrah Karadumanın ifa etdiyi “Yalnız çiçey”I birinci, Merve Özbeyin “Vuracak” mahnısı isə ikinci pillədədir.