“Qafqazinfo”nun məlumatına görə, ifaçı jurnalist İsa Şükürovla yaşadığı qalmaqaldan sonra media nümayəndələrini sosial şəbəkədə “kenquru” adlandırmasına aydınlıq gətirib:
“Mən sosial şəbəkədə foto paylaşıram, əylənirəm, zarafat edirəm.Ora mənim şəxsi səhifəmdir. Paylaşdıqlarımı da jurnalistlər götürərək xəbər edir. Mənim jurnalistlərə hörmətim var. “Kenquru” sözünü bəzi “jurnalistlər”ə demişəm. Çünki onlar mənim sənətimi, özümü tənqid etmir. Kiməsə görə məndən yazır. Yenə belə bir hal yaşansa, yenə “kenquru” deyəcəm. Əgər hansısa jurnalist bu sözü səhvən öz üzərinə götürübsə, üzr istəyirəm”.
Könül
Son xəbərlər
Son Xəbərlər