“ASAN xidmət” mərkəzlərindən yararlanan 10 000 000-cu vətəndaşa şəxsiyyət vəsiqəsini Röya Ayxan verib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam rayonundan məcburi köçkün olan və hazırda Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan 14 yaşlı Arzu Əliyeva valideyni ilə birlikdə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı müraciət edib.
Müvafiq xidmətdən yararlanan Arzu 10 milyonuncu müraciətin sahibi kimi təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb. Eyni zamanda, Arzunun istəyini nəzərə alaraq Azərbaycan Respublikasının əməkdar artisti Röya Ayxan tədbirdə iştirak edərək onu sevindirib.




Son xəbərlər
Son Xəbərlər