Röyadan Aygünün barışıq jestinə cavab - “Ətim töküldü”

royadan-aygunun-barisiq-jestine-cavab
Oxunma sayı: 3351

Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova İnstaqram hesabında 2002-ci ildə Heydər Əliyev adına Sarayda keçirilmiş “Gələrsiz, görərsiz” konsertindən görüntülər yayımlayaraq küsülü olduğu əməkdar artist Röya Ayxanı “tag” edərək “Yaxşı ki, varıq” şərhini yazıb. 

“Qafqazinfo”nun məlumatına görə, Röya həmkarının bu addımına biganə qalmayıb. Belə ki, o İnstaqram hesabında KİV-də bu məsələ ilə bağlı yayılmış xəbərləri paylaşaraq yazıb:

“Ətim töküldü... Bəsdir də, xoda düşər xatirələr”.