Röyanın atasının ayağı amputasiya olunub

Röyanın atasının ayağı amputasiya olunub
Oxunma sayı: 4662

Xalq artisti Röya Ayxanın atası Yaqub Nəcəfovun ayağı amputasiya edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Bizimləsən” proqramında məlumat verilib.

Canlı efirə videogörüntülü şəkildə bağlanan sənətçi atasının bir neçə gün əvvəl əməliyyat olunduğunu açıqlayıb:

“Atam şəkər xəstəliyindən əziyyət çəkir. Ayağını demək olar ki, kəsdilər. Həkimlərdən xahiş etdim ki, Yeni il günü heç olmasa, iki saatlıq icazə versinlər ki, süfrəmdə əyləşdirim. Ona görə çox narahat idim, hərarəti düşmürdü”.