“Röyanın boşanmasına sevinənlər də oldu...”

royanin-bosanmasina-sevinenler-de-oldu
Oxunma sayı: 4028


Boşanma səbəbinin nələr olmasını öyrənmək üçün müğənninin özü ilə əlaqə saxlamağa cəhd göstərdik. Lakin bu, baş tutmadı. Bu səbəbdən də mətbuat katibi Türkan Məmmədlini danışdırdıq. 

T.Məmmədli: “Düzü elə bir xüsusi səbəb də yoxdur. İnsanlar birləşir, ayrılır. Boşanma ilə bağlı detalları deyə bilməyəcəm. Açığı  elə ciddi detal da yoxdur. Hər halda, qismət deyilən bir anlayış var. Qismət bu imiş. Röya ulduz həyatı yaşayır, ailədir, yəqin nəsə fikirləri üst-üstə düşməyib”. 

Boşanma xəbərinə ətrafdakıların necə reaksiya verdiyini xəbər aldıqda T.Məmmədli belə cavab verdi:“Fanatları çox üzüldü. Amma sevinənlər də oldu. Röya dostunu, düşmənini onsuz da  gözəl bilir”.

musavat.com