Röyanın həbs olunması ilə bağlı - Açıqlama

royanin-hebs-olunmasi-ile-bagli-aciqlama
Oxunma sayı: 687

Yazılanlara görə, Röya Hollandiyada dostlarından birinin avtomobili ilə yolda hərəkət edərkən yol hərəkəti qaydalarını kobud pozub və ona yazılan cəriməni ödəməkdən imtina edib. Hətta yol polisi ilə mübahisə də edib. Nəticədə isə idarə etdiyi avtomobillə birlikdə cərimə meydançasına aparıb.

Müğənninin Hollandiya konsertinin təşkilatçılarından biri olan "Sultan Production"un rəhbəri Sultan Mustafayev ANS PRESS-ə açıqlamasında yazılanların yalan olduğunu söylədi: "Röya 27 noyabr saat 20:30-dan Hollandiyadadır və həmin gündən demək olar ki birlikdəyik. Onun burada həbs olunması haqqında yazılanlar yalandan başqa bir şey deyil".

Avropa prodüseri kimi tanıdığımız Sultan Mustafayev Röyanın həbs olunması xəbərinin bədxahlar tərəfindən məqsədli şəkildə yayıldığını söyləyir: "Bu xəbəri yayanlar Röyanın Avropa səfərini qaralamaq istəyirlər. Kimlər tərəfindən yayıldığından xəbərim var. Amma hələ ad çəkmək istəmirəm. Sadəcə həmin adamlara son mesajım budur ki, belə yalanlara son versinlər. Yoxsa adlarını açıqlayıb biabır edəcəm. Bu adamlar vaxtilə onların konsertlərini təşkil etmək üçün mənə pullar təklif edirdilər. İndi Röyanın konsertindən xəbər tutub yuxuları qaçıb. Ar olsun sizin kimi vicdansız insanlara!".

Avropa prodüseri Röyanın bu barədə danışmaq istəmədiyini bildirdi: "Röya xanım bu xəbərlərə gülünc baxır. Ona görə də fikir bildirmir. Belə yalan xəbər çıxaranlar ən azı vicdansız və əxlaqsızdırlar".