Röyanın klipinə çəkilən Hollivud ulduzunu döydülər

royanin-klipine-cekilen-hollivud-ulduzunu-doyduler
Oxunma sayı: 1826


Axşam.az-ın Fransa mətbuatına istinadən məlumatına görə, aktyor gecə saatlarında Parisdə küçədə bir qrup şəxslə dava edib. Münaqişə nəticəsində Sami Naserinin bir neçə dişi də sınıb.

İlk növbədə ona kömək üçün yaxınlaşanlara icazə verməyən aktyorun yardımına polislər gəlib. Onlar hadisəni sakitləşdirmək məqsədilə gözyaşardıcı qazdan istifadə ediblər.

Naseri səhhətində problem olub-olmadığını aşkarlamaq üçün xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, “Taksi” filminin aqressiv qəhrəmanı daha əvvəl də adam döyməkdə, polisi təhqir etməkdə günahlandırılıb.

Sami Naseri müğənni Röyanın “Günahsız günahım” klipində tərəf müqabili olub.