Xatırladaq ki, R.Ayxan bu ilin yanvarında açıqlama verərək bildirmişdi ki, aparıcılığa başlayacaq: “Xəbəriniz olsun, bir aya çox böyük və möhtəşəm bir televiziya verilişi ilə evinizin qonağı olacam. 8 aydır üzərində çalışılan proqramda iki saat sizinlə oxuyub, deyib-güləcəyik".
Bundan əlavə ifaçı verilişin anonsunu da sosial şəbəkədəki səhifəsində paylaşmışdı.
Qeyd edək ki, Röya 2008-ci ildə “Lider” kanalında yayımlanan "Özümüz bilərik" tok-şousunun aparıcısı olub.
***
Müğənni Röyanın prodüseri Kənan Bayramov sənətçinin “ATV”də aparıcılıq etmək istəyinin baş tutmaması haqda yayılan xəbərlərə münasibət bildirib.
Prodüser “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Röya payız aylarında yeni verilişlə ekranlara gələcək:
““Röya show” bizim layihə deyil ki, sponsorla razılığa gəlməyək. Biz əvvəldən də qeyd etmişdik ki, verilişi türk şirkəti həyata keçirəcək. Şirkətin sponsorlarla problem yox idi, danışıqlar mənim yanımda aparılmışdı. Hazırlıq prosesi uzandığı və yay sezonu başladığına görə, veriliş hələ ki, təxirə salınıb. Payız aylarında Röyanın televiziya layihəsi ilə ekranlara gəlməsi nəzərdə tutulub. Yayılan xəbərlər əsassızdır”.
Könül
Son xəbərlər
Son Xəbərlər