Nüfuzlu “Röyters” agentliyi Kəlbəcərdə mina partlayışı nəticəsində şəhid olan jurnalistlər - Sirac Abışovla Məhərrəm İbrahimovdan yazıb.
“Qafqazinfo” xəbər verir ki, nəşr Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin məlumatlarına istinad edərək, ötən ilin noyabr ayında erməni qüvvələri tərəfindən boşaldılmış ərazidə minanın partlaması nəticəsində iki jurnalistin və bir məmurun həlak olduğunu qeyd edib.
Bildirilib ki, onlar dövlətə məxsus AzTV-nin operatoru və “Azərtac”ın müxbiri olublar. Bundan başqa, dörd nəfərin də yaralanması xəbərdə əksini tapıb.
Son xəbərlər
Son Xəbərlər