Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Macarıstanın MTK klubunu mübarizədən kənarlaşdıran “Qəbələ”nin yarımmüdafiəçisi Teo Uiks oyundan sonra jurnalistlərə müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Oyun haqda fikirlərini bildirərdin…
- Çətin oyun keçdi. Qələbəni asan şəkildə əldə etmədik. Xeyli əziyyət çəkməli olduq.
- “Samtrediya” güclü idi yoxsa MTK Budapeşt?
- “Samtrediya”. Onlar daha yaxşı mübarizə aparırdılar. MTK isə uzun ötürmələrdən istifadə edirdi.
- Növbəti mərhələdə rəqib Fransanın “Lill” klubudur…
- Rəqibimiz haqda hər kəs məlumatlıdır. Güclü komanda olduqlarınə yaxşı dərk edirik. İşimiz çox çətin olacaq.
- Komanda yoldaşın Məhəmməd Mirzəbəyov müsahibəsində qeyd etdi ki, “Lill”in Ederi varsa, bizim də Teo Uiksimiz var”...
- … (gülür). Eder Portuqaliya yığmasının forvardıdır. Yaxından tanımıram və dostluq əlaqəmiz də yoxdur. Lakin onunla bir neçə dəfə qarşılaşmışıq. Ona qarşı oynamaq maraqlı olacaq. Biz rəqibimizdən çəkinmirik. Bacardığımızı edəcəyik.
- “Qəbələ”nin heyətində 4 oyuna 5 qol vurmusan...
- İstəyirəm ki, qollarımın sayı çox olsun. Komandama faydalı olmaq istəyirəm.
Son xəbərlər
Son Xəbərlər