“Rәqibdәn hücum futbolu gözlәyirdim” - Lederer

rqibdn-hucum-futbolu-gozlyirdim-
Oxunma sayı: 1151

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Kəpəz” Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena”da Avstriyanın "Admira” komandasını qəbul edib.

Qarşılaşma "Admira”nın 2-0 hesablı qələbəsiylə başa çatıb. Bununla da, "Kəpəz” Avropa Liqasında mübarizənı dayandırıb.

Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Admira”nın baş məşqçisi Oliver Lederer fikirlərini bölüşüb:

- "Kəpəz”ə uğurlar arzu edirəm. Bu gün çox yaxşı mübarizə apardıq. Fikrimcə, mərhələ adlamağa layiq idik. Rəqibə növbəti oyunlarda uğurlar arzu edirəm”.

- Demək olar ki, Bakıdakı oyun evdəki oyundan rahat oldu?

- Komanda 1 həftə əvvəlki sistemlə oynayırdı. Belə oyun gözləmirdim. Mən rəqibin hücum futbolu oynayacağını gözləyirdim. Ancaq belə olmadı. "Kəpəz” yalnız son dəqiqələrdə hücum etməyə başladı.

- Rəqibin heyətində kimi fərqləndirə bilərsiniz?

- Komanda müdafiədə oynadığından kimisi dəyərləndirməkdə çətinlik çəkirəm. Müdafiəçilərdən Renanı fərqləndirmək istəyirəm. O, nəsə etməyə çalışırdı.

- Səfərdəki oyunda Azərbaycan dilinə tərcüməçi yox idi. Sizə Bakıda yaradılan şəraitdən razısınız?

- Burada bizi çox yaxşı qarşıladılar. Gələn illərdə Bakıya gəlsək, çox sevinərik.