“Qafqazinfo” xәbәr verir ki, “Qarabağ” “Sumqayıt”a 1:0 hesabı ilә qalib gәlәrәk birinci olub. Oyundan sonra komandanın kapitanı Rәşad Sadıqov açıqlama verib:
“Hәr kәsi tәbrik edirәm. Ardıcıl ikinci çempionluq yaxşı hissdir. Bu il çәtin oldu. Ötәn mövsümә baxanda bu il birinci olmaq daha çәtin başa gәldi. Sevinirik. Kubokda da qalib gәlib dubl etmәyә çalışacağıq. Çempionluğa görә “Qәbәlә”yә dә tәşәkkür düşür. Onlar “İnter”i büdrәtmәsә idilәr, çempion ola bilmәzdik.
Gәlәn tur "İnter"ә qalib gәlib çempion olmaq çәtin olacaqdı. Amma bu tur birinciliyi rәsmilәşdirmәyimizә ehtiyac var idi".
Son xəbərlər
Son Xəbərlər