Rübabə Muradovanın xatirəsi anılacaq

rubabe-muradovanin-xatiresi-anilacaq
Oxunma sayı: 1293

Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, xanəndə Rübabə Muradovanın xatirəsi yad olunacaq. 

Mədəniyyət Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, tədbir Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq.

Gecədə səhnəmizin unudulmaz Leylisi haqqında həzin xatirələr səslənəcək, gənc xanəndələr onun repertuarından olan mahnıları ifa edəcəklər.