Ruben Vardanyan Moskvaya qaçıb

ruben-vardanyan-moskvaya-qacib
Oxunma sayı: 4762

Separatçı “Dağlıq Qarabağ respublikası”nın “dövlət naziri” erməniəsilli rusiyalı biznesmen Ruben Vardanyan Qarabağdan Rusiyaya qaçıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.

Məlumata görə, Vardanyanın Rusiyadan yeni təlimatlar almaq üçün Moskvaya qaçması istisna edilmir.

Bildirilir ki, ondan əvvəl isə təqribən 10 gün əvvəl Qarabağdakı separatçı rejimin keçmiş “rəhbəri” Arayik Arutyunyan da Moskvaya gedib və 3-4 gün əvvəl Qarabağa qayıdıb.