Rubl hökumətin istefasına belə “reaksiya verdi”

rubl-hokumetin-istefasina-bele-reaksiya-verdi
Oxunma sayı: 3100

Rubl və Rusiya maliyyə bazarı hökumətin istefası qərarına cüzi ucuzlaşma ilə “reaksiya göstərib”.

“Qafqazinfo” xəbər verir ki, Moskva vaxtı ilə saat 16:37-yə olan məlumata görə, dollar məzənnəsi 7 qəpik artaraq 61,51 rubl, avronun məzənnəsi 21 qəpik artaraq 68,58 rubl olub. Rubl hazırda dollar və avroya qarşı 20 qəpik ucuzlaşıb. Moskva birjasında rublun indeksi 0,3%  düşərək 3121 punkt olub.

Qeyd edək ki, bu gün Rusiya Baş Naziri Dmitri Medvedev hökumətin tam tərkibdə istefaya getdiyini elan edib.