Rusiya rublu ABŞ dolları və avro qarşısında qismən möhkəmlənib.
“Qafqazinfo” Moskva birjasının məlumatlarına istinadən xəbər verir ki, valyuta alqı-satqısı zamanı rubl dollar və avroya nisbətən 5 rubl möhkəmlənərək müvafiq olaraq 110,3 və 119,95 rubl təşkil edib.
Birjanın məlumatına görə, Moskva vaxtı ilə saat 17:27-də dolların məzənnəsi 115,67 rubl (+9,1%) səviyyəsində olub. Avronun məzənnəsi 8,35% artaraq 125,04 rubl təşkil edib.
Moskva vaxtı ilə saat 17:59-a olan məlumata görə, dolların məzənnəsi 0,93% azalaraq 107 rubla, avronun məzənnəsi 118,03 rubla (+2,29%) düşüb.
Son xəbərlər
Son Xəbərlər