Rubl ucuzlaşır

rubl-ucuzlasir
Oxunma sayı: 3451

Son günlər Rusiya rublunun ucuzlaşması müşahidə edilir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, avqustun 2-si Moskva birjasında dollar, avro və yuanın məzənnəsi 2022-ci ilin yazından bu yana maksimum göstəriciləri yeniləyib. Belə ki, dünən axşam saatlarından dollar 1,83 rubl bahalaşıb və 94,16 rubl həddinə çatıb.

Məzənnə 2022-ci ilin 28 mart tarixindən ilk dəfə 94 rubl səviyyəsindən yuxarı qalxıb. Avro isə bu zaman ərzində 2022-ci il 28 martda qeydə alınan göstəricini yeniləyib və 1,82 rubl bahalaşaraq 103 rubl həddinə çatıb.

Bu gün isə Moskva birjasında dolların rubla nəzərən məzənnəsi 1 qəpik enərək 94,15 rubl, avronun məzənnəsi isə 30 qəpik enərək 102,7 rubl təşkil edib.