Rublun son durumu

rublun-son-durumu
Oxunma sayı: 4178

Rusiya rublu dollar və avro qarşısında bir qədər də bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Mərkəzi Bankı martın 30-na dolların məzənnəsini 86,28 rubl, avronu isə 96,01 rubl səviyyəsində müəyyən edib.

Dolların rəsmi məzənnəsi əvvəlki göstəricidən 7 rubl 42,82 qəpik aşağı olub. Tənzimləyici avronun rəsmi məzənnəsini isə 6 rubl 66,29 qəpik aşağı salaraq, 96,0085 rubl təşkil edib.

Xatırladaq ki, Ukraynaya qarşı müharibənin başlamasına bir gün qalmış 1 ABŞ dolları 80 rubla bərabər olub.