Rusiyanın 2 000 rubl dəyərindəki yeni əskinaslarında bütün Şimali Qafqaz xalqlarının milli geyim nümunələrinin təqdim edilməsi təklif edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Osetiyanın başçısı vəzifəsini müvəqqəti icra edən Vyaçeslav Bitarov bəyan edib. O, “Şimali Qafqaz dairəsi üzrə bütün respublikaların yeni əskinaslarda doğma təsvirləri görmək istəyi başa düşüləndir”-, deyə açıqlama verib.
Çeçenistanın başçısı Ramzan Kadırovunun mətbuat katibi təklif edib ki, yeni əskinaslarda Qroznıdakı “Çeçenistanın Ürəyi”adlı məscid təsvir edilsin.
Yeni əskinasların dizaynı isə hələ müəyyən edilməyib. Dizaynı ictimai müzakirələrin yekunlarına əsasən seçəcəklər.
Qeyd edək ki, aprelin 12-də Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bildirib ki, 2017-ci ildə 200 və 2 000 rubl dəyərində yeni əskinaslar dövriyyəyə buraxılacaq . O, qeyd edib ki, yeni əskinasların buraxılması mal və xidmətlərə görə hesablaşmalarda vətəndaşların işini asanlaşdıracaq.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər