Rudenko ilə Klaar sərhəddəki vəziyyəti müzakirə etdi

rudenko-ile-klaar-serheddeki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 1401

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib. “Qafqazinfo” bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Rudenko ilə Klaar arasında telefon danışığı Aİ-nin təşəbbüsü ilə keçirilib.

“Son hadisələr kontekstində Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə toxunulub. Münaqişə tərəflərinin maksimum təmkinlilik göstərməsinin, daha da eskalasiyaya gətirib çıxaran hərəkətlərdən və bəyanatlardan imtina etməsinin, həmçinin atəşkəs rejiminə əməl olunması üzrə öhdəliklərin yerinə yetirilməsinin vacibliyi yekdilliklə ifadə edilib”, - nazirliyin məlumatında deyilir.