Rudenko Minsk Qrupu həmsədrləri ilə bölgədəki vəziyyəti müzakirə etdi

rudenko-minsk-qrupu-hemsedrleri-ile-bolgedeki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 1755

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ üzrə şəxsi nümayəndəsi ilə bölgədəki vəziyyəti müzakirə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalar nəzərə alınmaqla, Qarabağ nizamlanmasının aktual məsələləri müzakirə olunub.