Maliyyə Bazarlarına Nəzarət Palatasının müşaviri Rüfət Abbasov (MBNP) işdən çıxıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Fins.az-a Palatadan bildirilib.
Məlumata görə, R.Abbasov iyun ayından etibarən MBNP-dən ayrılıb, səbəb isə açıqlanmayıb. Hazırda MBNP-nın müşaviri vəzifəsi vakant olaraq qalır.