Rüfət Dadaşov millinin heyətindən çıxarıldı

rufet-dadasov-millinin-heyetinden-cixarildi
Oxunma sayı: 1499

Avro-2020-nin seçmə qrup mərhələsi çərçivəsində noyabrın 16-da “Bakcell Arena”da Uels, 3 gün sonra səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin qeyd olunmuş görüşlər üçün açıqlanmış heyətində dəyişiklik baş verib.

“Qafqazinfo” xəbər verir ki, Almaniyanın "Proysen Münster" klubunun üzvü Rüfət Dadaşov dünən keçirilmiş məşqdə zədələndiyi üçün millinin heyətindən çıxarılıb.