Rüfət Hüseynov 1/4 final səddini aşa bilməyib

rufet-huseynov-14-final-seddini-asa-bilmeyib
Oxunma sayı: 878

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 1/4 final mərhələsinin görüşləri davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün ilk olaraq rinqə 49 kq çəki dərəcəsində mübarizə aparan boksçu Rüfət Hüseynov çıxıb.
 
Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi birinci döyüşündə Omid Əhmadisafa (İran) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz 1:4 hesabı ilə uduzub.