Rüfət Mehdiyevin qızı ərə getdi

rufet-mehdiyevin-qizi-ere-getdi
Oxunma sayı: 8880

Mərhum müğənni Rüfət Mehdiyevın qızı Zenfiranın toyu olub.  “Qafqazinfo” xəbər verir ki, o, ötən gün Kamran adlı şəxslə ailə həyatı qurub. 

Məclisdə Azərbaycanın tanınmış şou-biznes üzvləri də iştirak edib. Onlar sosial şəbəkədə toydan görüntülər paylaşaraq cütlüyü bir daha təbrik ediblər.

Xatırladaq ki, Rüfət Mehdiyev 2011-ci ildə beyninə qan sızaraq dünyasını dəyişib.