“Rüfət Quliyevi heç bir seçici tanımır”

rufet-quliyevi-hec-bir-secici-tanimir
Oxunma sayı: 1961

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 73 saylı Lənkəran şəhər seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib. Qeydə alınmış namizəd Yadigar Sadıqlı müraciətində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib. MSK-nın araşdırması zamanı məlum olub ki, şikayətdə göstərilən hallar öz təsdiqini tapmayıb.

Beləliklə, Y. Sadıqlının şikayəti təmin edilməyib. Y. Sadıqlı çıxış edərək bildirib ki, həmin dairədən lider namizəd olan Rüfət Quliyevi heç bir seçici tanımır:

“Mən təşviqat dövründə seçicilərlə görüşəndə onlar elə bilirdilər ki, deputatları Hadi Rəcəblidir. Heç olmasa obyektivlik cəhətdən 1 ya 2 məntəqəni ləğv edərdiniz”.

Günel Türksoy