Rüfət Səfərov Korrupsiya İdarəsinə çağırıldı

rufet-seferov-korrupsiya-idaresine-cagirildi
Oxunma sayı: 2853

Bir müddət öncə barədinsə ev dustaqlığı seçilən Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov bu gün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə R.Səfərov özü facebook hesabında məlumat yayıb: “Ev dustaqlığı yenidən həbs qətimkan tədbiri ilə əvəzlənə bilər”.

Qeyd edək ki, R.Səfərov rüşvət almaq ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdi. Həbs qərarından verilən şikayət əsasında o ev dustaqlığına buraxılıb.

Rüfət Səfərov Müdafiə Nazirliyinin Mətbuat xidmətinin saniq rəhbəri Eldar Sabiroğlunn oğludur.

Murad Əhməd