İran prezidenti Həsən Ruhani iki günlük Avstriya səfərini qeyri-müəyyən müdətə təxirə salıb.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, prezidentin bu qərarı təhlükəsizliyinə görə verdiyi bildirilir.
O, martın 29-da Vyanaya səfər etməli idi.
Avstriya prezidenti Haynts Fişerin sözçüsü Ruhaninin səfərininin təhlükəsizliklə bağlı təxirə salındığının dəqiq olub-olmadığını bilmədiyini söyləyib: “İran prezidenti Avstriya səfərindən öncə Bağdada getməli idi, lakin bu səfəri də təxirə salınıb”.
Son xəbərlər
Son Xəbərlər