İraqda sәfәrdә olan İran prezidenti Hәsәn Ruhani şiәlәrin din xadimi Ayәtullah Seyid Әli Sistani ilә görüşüb.
“Qafqazinfo” İran prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, görüş İraqın Nәcәf şәhәrindә baş tutub.
Görüşdә İranın Xarici İşlәr naziri Cavad Zәrif vә İranın Bağdaddakı sәfiri İrec Mescidi dә iştirak ediblәr.
Görüşün detalları ilә bağlı mәlumat verilmәyib.
Qeyd edək ki, Ruhani daha sonra iki görüş keçirib və üç günlük rəsmi səfərini başa vuraraq İrana qayıdıb.
Son xəbərlər
Son Xəbərlər