Ruhani Lavrovla görüşdü - Foto

ruhani-lavrovla-gorusdu
Oxunma sayı: 1674

İranda rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Prezident Həsən Ruhani tərəfindən qəbul edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

***

Görüş zamanı Moskva ilə Tehran arasındakı münasibətlər və nüvə razılaşması müzakirə olunub.

Ruhani Rusiyanın nüvə razılaşmasını dəstəkləməyə dair mövqeyinin İran tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

“ABŞ və bütün dünya təzyiq siyasətinin iflasa uğradığı qənaətinə gəlib. Sanksiyaların ləğvi ABŞ-ın nüvə anlaşmasına qayıtmasının yeganə yoludur”,- deyə İran dövlət başçısı qeyd edib.

Eyni zamanda Ruhani, nüvə razılaşmasının yenilənməsində təsirli rol oynayacaq olan Rusiya ilə İran arasındakı əməkdaşlığın ciddi əhəmiyyət daşıdığını,  Tehranın regional əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.