Ruhani vaksin problemini bu yolla həll etməyə qərar verdi

ruhani-vaksin-problemini-bu-yolla-hell-etmeye-qerar-verdi
Oxunma sayı: 2252

İran Prezidenti Həsən Ruhani özəl sektorun ölkəyə peyvənd gətirməsinə icazə verdiyini açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, Ruhani ABŞ-ın keçmiş Prezidenti Donald Tramp dövründə başlayan sanksiyaların xaricdən peyvənd alınmasına mane olduğunu qeyd edib:

“Vaksinləri sifariş etdiyimiz ölkələr hələ də ABŞ-ın sanksiyalarından qorxduqlarını söyləyirlər. Tramp getdi, lakin onun uğursuz təsiri cəmiyyətimizdə eyni şəkildə əks olunmağa davam edir. Bu gün özəl sektorun peyvənd gətirməsinə yol açdıq”.

Qeyd edək ki, ABŞ sanksiyaları səbəbiylə xaricdən peyvənd almaqda problem yaşayan İran bu məsələni yaxın münasibətləri olduğu Çin, Rusiya və Hindistan kimi ölkələrdən peyvənd alaraq həll etməyə çalışır.